Gürcüstana bu ayın sonunadək “Sinovac” vaksini çatdırılacaqbackend
Dünya
330

Gürcüstana bu ayın sonunadək “Sinovac” vaksini çatdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstana aprelin sonunadək yeni növ koronavirus (COVID-19) əleyhinə Çin istehsalı “Sinovac” vaksini çatdırılacaq.

APress.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Çin vaksininin tətbiqinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiqindən sonra başlanılacaq.

A. Qamkrelidze deyib ki, ÜST-ün Çin istehsalı vaksinləri aprelin ikinci yarısında təsdiqləməsi gözlənilir.