Gürcüstanda koronavirusun Cənubi Afrika ştammına yoluxma faktı təsdiqlənib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
O, həmin şəxsin Gürcüstan vətəndaşı olduğunu bildirib: “O, Dubayda səfərdə olub. Həmin şəxs tam olaraq sağalıb, hazırkı vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir”.
///Report