Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “Hindistan ştammı”na (Delta) daha 7 yoluxma halı təsdiqlənib.
APress.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelizde bildirib.
Onun sözlərinə görə, Gürcüstanda virusun yeni ştammının yayılma nisbəti 10-20 faiz arası təşkil edir.
A. Qamkrelidze qeyd edib ki, dünyanın 85 ölkəsində qeydə alınan “Hindistan ştammı”na Gürcüstanda ümumilikdə 27 yoluxma halı təsdiqlənib.