Gürcüstanda ötən iki sutkada daha 838 nəfərdə koronavirus aşkarlanıb, 26 pasiyent vəfat edib.
APress.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son iki gündə daha 1 515 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 369 886 nəfər yoluxub, onların 355 127-si sağalıb, 5 373-ü ölüb.