Gürcüstanda kütləvi vaksinasiyaya başlanıldıbackend
Dünya
317

Gürcüstanda kütləvi vaksinasiyaya başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Gürcüstanda əhalinin koronavirus əleyhinə kütləvi peyvəndlənməsi prosesinə start verilib.

APress.az  xəbər verir ki, prosesə 350-yə yaxın tibbi briqada cəlb olunub.

Gün ərzində 20 mindən 30 minədək insana vaksin vurulması nəzərdə tutulub. İlin sonuna qədər kollektiv immunitetə nail olmaq üçün yetkinlik yaşına çatmış əhalinin 60 %-nin peyvəndlənməsi planlaşdırılır.

Qonşu ölkə kütləvi vaksinasiyada tətbiq olunacaq milyon dozadan ibarət “Sinopharm” və “Sinovac” preparatlarını iyulun 2-də tədarük edib. Prosesdə Avstriyanın bağışladığı və ötən gecə Tbilisiyə çatdırılan 5 min doza “AstraZeneca” peyvəndindən də istifadə olunacaq.