Gürcüstanda peyvənd olunanların sayı açıqlandıbackend
Dünya
325

Gürcüstanda peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günədək Gürcüstanda 253 988 nəfər koronavirusdan peyvənd olunub.

APress.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Milli Nəzarət xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, gündəlik olaraq peyvənd olunan vətəndaşların sayı ortalama 2200 nəfər təşkil edir.

Məlumat üçün qeyd edək ki, ölkədə koronaviris əleyhinə vaksinasiya prosesi 15 mart tarixindən start götürüb. Hazırda ölkədə “Astrazenak”, “Pfizer”, “Sinofarm” və “Sinovak” peyvəndlərindən istifadə edilir.