“Haber Global” Kəlbəcərdə şəhid olan jurnalistlərə görə Ermənistanı qınadıbackend
Cəmiyyət
280

“Haber Global” Kəlbəcərdə şəhid olan jurnalistlərə görə Ermənistanı qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Haber Global” Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı Ermənistanı kəskin qınayıb.

Bununla bağlı açıqlamada deyilir:

“Ermənistan mina xəritələrini Azərbaycana vermədiyi üçün Kəlbəcərdə və Qarabağın müxtəlif bölgələrində işləyən və ya işləyəcək bütün mətbuat nümayəndələri bu təhlükə ilə üz-üzədir.

“Haber Global”ın sabiq müxbiri Osman Girgin, jurnalistlər Ela Sezen, Hasan Uylaş, Murat Karataş və komanda yoldaşları da Qarabağda təhlükə altında xidmət ediblər. Vəziyyəti yalnız ictimaiyyəti məlumatlandırmaq olan bu jurnalistlər eyni acı sonu yaşaya bilərdilər.

AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun kədərini ürəyimizdə hiss edərkən, “Haber Global” olaraq Ermənistanı razılaşmaya uyğun olaraq mina xəritələrini təqdim etməyə çağırırıq.

Artıq jurnalistlər, mülki vətəndaşlar minaların qurbanı olmamalıdır”.

Xatırladaq ki, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olublar.