Aktrisa Ceren Hindistan 2018-ci ildə boşandığ keçmiş həyat yoldaşı Ümid Aslan haqqında dəhşətli açıqlamalar verib.
APress.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisa qızına hamilə olan zaman ərinin ona ona qarşı zorakılıq tətbiq etdiyini, həttda onu kəmərlə döydüyünü bildirib:
“Hamiləydim deyə məni çölə buraxmırdı. Daha sonra yaşadığımız evdən köçüb Antlayaya getdik. Bank hesabımda 80 min lirə(18 min 552 manat) pul var idi. Hamısını şəxsi hesabına köçürdü. Sonra mənə xəyanət etməyə başladı. Mütəmadi olaraq zorakılıq tətbiq edirdi. Hətta bir dəfə hamilə olduğum halda, məni kəmərilə döydü. Evdən qaçmaq istədim. 7 aylıq hamilə idim. Hazırda övladımın 6 yaşı var. Bu günə qədər Aslan cəmi iki dəfə qızımın cibinə pul qoyub”./Axşam.az