Latın Amerika ölkəsi olan Braziliyada qandonduran hadisə baş verib.
Unikal.org xəbər verir ki, 21 yaşlı hamilə qadın həmcinsi tərəfindən amansızcasına öldürülüb. Daha sonra cinayətkar öldürdüyü hamilə qadının bətnindəki körpəsini oğurlayıb.
Qandonduran cinayətin təəffərüatları bir müddət sonra açılıb. Belə ki, adı açıqlamayan 22 yaşlı cinayətkar qadın hadisədən bir müddət sonra xəstəxanaya gedib. O, körpəyə süd verə bilmədiyi üçün onun xəstələndiyi bildirib. Bu zaman ətrafda olan polis ondan şübhələnib. Araşdırma zamanı qadının körpəni dünyaya gətirmədiyi məlum olub. O, polis tərəfindən saxlanılıb.
İlkin dindirilmə zamanı qadın cinayəti etiraf edib.