Hansı hərbi hissə komandiri həbs edilib? – Vəkil açıqlama yaydıbackend
Cəmiyyət
315

Hansı hərbi hissə komandiri həbs edilib? – Vəkil açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hərbi Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqi İlham Babayev polkovnik-leytenant rütbəli bir hərbi hissə komandirini şübhəli şəxs qismində tutub.”
Bu barədə vəkil Adəm Məmmədov özünün şəxsi feysbuk səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, cinayət işinə buraxılmağına və şübhəli şəxslə görüşməyi üçün dünən vəkil orderini və müvafiq sənədləri müstəntiqə təqdim edib.
“Müstəntiq İlham Babayev hüquqlarını müdafiə etdiyim şəxslə görüşməyimi təmin etmək əvəzinə gizlincə sonuncu ilə görüşərək özünün istifadə etdiyi mobil telefon vasitəsilə şübhəli şəxsi qohum ilə danışdırıb məndən imtina etməsinə cəhd göstərib. Müstəntiq öz mobil telefonu ilə şübhəli şəxs qismində tutulmuş şəxsi qohumu ilə danışmasını təşkil etməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR Hərbi Prokuroru Xanlar Vəliyev və onun müavini Şəfayət İmranovun iş metodlarından biri isə hərbçiləri müdafiə hüququndan məhrum etməkdir”,-deyə A.Məmmədov qeyd edib.
Qeyd edək ki, saxlanılan hərbi hissə komandirinin kimliyinə gəlincə, vəkil ad açıqlamayıb.