Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov 100 milyon dollardan imtina edib.
APress.az bildirir ki, Nurməhəmmədova qeyd edilən məbləğ qarşılığında keçmiş amerikalı boksçu Floyd Mayvezerlə döyüş təklif olunsa da, o qəbul etməyib.
Bu barədə idmançının meneceri Əli Əbdüləziz açıqlama verib. O bildirib ki, Həbib anasına döyüşməməklə bağlı söz verib və yalnız valideyni icazə verəcəyi halda, geri dönəcək.
Sfera.az