Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının sabiq birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin sabiq müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin sabiq müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Anar Cəfərov, və rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org-un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Daha sonra prosesdə prokuror ittiham aktını elan edib.
Sabiq icra başçısı İsmayıl Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib və indiki mərhələdə ifadə verməkdən imtina edib.
Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.
Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.