“Həcc ziyarəti İslamın 5 şərtindən biri deyil” – Elşad Miridən ETİRAZbackend
Gündəm
403

“Həcc ziyarəti İslamın 5 şərtindən biri deyil” – Elşad Miridən ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi ötən ilki qaydaya uyğun olaraq bu il də ölkəmizdən Həcc ziyarəti baş tutmayacaq. 
Belə ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.
Məsələ ətrafında Sfera.az-a danışan ilahiyyatçı-alim Elşad Miri Həcc ziyarəti amilini ilkin şərtlərdən hesab etmədiyini bildirib:
“Ümumilikdə onu qeyd edim ki, “İslamın beş şərti var və Həccə getmək o şərtlərin içərisindədir” fikri doğru deyil. Çünki sözügedən şərtlərə baxsaq görəcəyik ki, qaydalar insanları passiv olmağa yönəldir. Yəni burada ədalətli olmaq, insanlara qarşı dürüst olmaq kimi müsbət anlayışlar yoxdur. Sanki deyilir ki, başını aşağı sal, namaz qıl, zəkat ver və bununla da pasportuna cənnətlik vizası vurulacaq. Bu yanaşma doğru deyil”.
İlahiyyatçı Həcc ziyarətinə gedə bilməyən insanları bəzi addımları atmağa çağırıb:
“Ümumilikdə isə qeyd edim ki, Həcc ziyarətini həyata keçirə bilməyən insanlar belə məqamda başqa addımlar ata bilərlər. Məsələn, pandemiyadan zərərçəkmiş ailələr var, şəhid ailələri, qazilər var. Həmin insanlar Həcc üçün ayırdıqları maliyyəni bui sferaya yönləndirsələr, daha gözəl olar. Allah gücü çatan hər insanın bir dəfə Həccə getməsini istəyir. Hər il eyni qaydada Həccə getməkdənsə, həmin vəsaiti Allah yolunda xeyirli işlərə xərcləmək daha gözəl olar”.