Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib.
APress.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir.
Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.