“Həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı təcili ləğv edilməlidir”backend
Cəmiyyət
367

“Həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı təcili ləğv edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir. Bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə sosial zərər yaradır”.
Sfera.az-ın məlumatına görə, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, bu qərar yoluxmanın qarşısını almır:
“Taksilərdə 4 nəfər olur və avtobusdan fərqli olaraq, bir-birinə daha yaxın məsafədə otururlar. Gediş haqqı baha başa gəlir. Taksilərdə avtobuslardan (30 qəpik) fərqli olaraq, 3 dəfədən çox gediş haqqı ödəməli olursan. Bu isə şənbə günü işləyənlər, o cümlədən vaksinləşmədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir.
Şəhər yerlərində tıxacların qarşısının alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. Bu isə “1 manatlıq” taksilər hesabına tıxac yaradır. Təsəvvür edin, 40 nəfər aparan 1 avtobus əvəzinə, 10 dənə minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır”.
Ekspert qeyd edib ki, nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir:
“Şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ “1 manatlıq” taksilərə qismət olur. Həmin vəsait faktiki olaraq vergidən kənarda qalır. Eyni məsələni rayonlararası nəqliyyatın işləməməsi məsələsinə də şamil etmək olar. Böyük həcmdə vəsait sərnişinləri rayonlara daşıyan minik avtomobilləri tərəfindən mənimsənilir. Ümid edirəm bu əsaslandırmalar qərarı ləğv etmək üçün Operativ Qərargah üçün qanedici olacaq”.