Həkim: Açıq havada maska taxılmasına qarşıyıq – Videobackend
Cəmiyyət
282

Həkim: Açıq havada maska taxılmasına qarşıyıq – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həkimlər yaxın məsafə istisna olmaqla açıq havada maska taxılmasına birmənalı şəkildə qarşıdır.

“Ölkə.Az” xəbər berir ki, bunu həkim Vüqar Qurbanov deyib. O bildirib ki, açıq havada maska məcburiyyətindənsə, maskadan düzgün istifadə daha əhəmiyyətlidir:

“Bu gün tətbiqolunan peyvəndlər Hindistan və Afrika ştammına təsir etməyə bilər. Buna görə dədiqqətli olmaq lazımdır. Çünki bəzən peyvənd olunanlarda virusa yoluxma və hətta ölümlə nəticələnmə halları müşahidə olunur. ÜST pandemiyanın bitməsinin anonsunu verməyənə qədər karantin və gigiyena qaydalarına riayət etməliyik. Bugün açıq havada maskanın taxılıb-taxılmaması müzakirə olunur. Biz həkimlər ilk gündən yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşı olmuşuq. İnsan var həftələrlə bir maskanı istifadə edir. Belə hallarda onun açıq və ya qapalı məkanda taxılmasının heç bir mənası yoxdur. Buna görə maskadan düzgün istifadə daha əhəmiyyətlidir”.