“Koronavirusdan sağalan şəxs “Delta” ştammına yoluxa bilər”.
TASS agentliyi xəbər verir ki, bu açıqlama ilə həkim-infeksionist Svetlana İşenko çıxış edib.
“Virusdan sağalandan sonra qoruyucu immunoqlobulin G və ya anticisimlər təxminən altı ay orqanizmdə mövcud olur. Bununla belə, koronavirus daima mutasiyaya uğrayır. Bu səbəbdən insan bir ştammdan sığortalansa da, onun digər ştamma yoluxma ehtimalı var”, – deyə həkim-infeksionist vurğulayıb.
Lakin mütəxəssis həmçinin qeyd edib ki, təkrar infeksiya daha yüngül formada keçəcək.
sfera.az