Həkim koronavirusa qarşı peyvənd üçün ən uyğun vaxtı təyin etdibackend
Cəmiyyət
244

Həkim koronavirusa qarşı peyvənd üçün ən uyğun vaxtı təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin epidemioloji mənzərəsinə əsaslanaraq mütəxəssislər yayda pandemiyanın azalacağını gözləyirlər, amma peyvənd vurulmasını payıza qədər təxirə salmamaq, tətil dövründə özünüzü və yaxınlarınızı qorumaq tövsiyə olunur.

Publika.az xəbər verir ki, bu sözləri allergist-immunoloq Vladimir Bolibok “Sputnik” radiosuna müsahibəsində danışıb.

O, bildirib ki, insanlar aktiv şəkildə hərəkət etməyə başlayır və ünsiyyətlər əhəmiyyətli dərəcədə artır: “Özünüzün və yaxın ətrafınızın mümkün koronavirus infeksiyasından qorunduğundan əmin olmaq üçün dərhal, təxirə salınmadan peyvənd etmək daha yaxşıdır. Üstəlik, son bir ildən sonra sağalmış insanların PCR testlərini yenidən pozitiv çıxmağa başlayıb. Ağır xəstələr deyillər, amma bununla belə bir koronavirus infeksiyasıdır” , – müsahibəsində həkim qeyd edib.

Eləcə də immunoloq altı ay və ya daha çox əvvəl xəstə olanlara da COVID-19 vaksinasiyasını tövsiyə edir. Bundan əlavə, bu, postkovid sindromunun aradan qaldırılmasına kömək edəcək. Danimarka alimlərinin apardığı bir araşdırmanın nəticələrindən bəhs edən həkim qeyd edib ki, şəxs peyvənd dozasını tam qəbul edərsə, yəni hər iki komponent olarsa, infeksiyadan sonra daha yaxşı sağalır.

“Koronavirus infeksiyasına məruz qalan insanlarda koronavirusdan gələn “qırıntılar” bədəndə dolaşır, hər zaman mikro iltihab ocaqlarına səbəb olur. Koronavirus parçaları toxumaların yenilənməsinə qədər hüceyrələrdə bir neçə ay qala bilər. Vaksindən ən qısa müddət sonra isə antikorların səviyyəsi sıçrayır, antikorlar bədəni koronavirusun xarici zülallarından “təmizləyir” , – Vladimir Bolibok izah edib.