Həkimdən əhaliyə çağırış: Peyvənd olunmazdan əvvəl müayinə olununbackend
Cəmiyyət
268

Həkimdən əhaliyə çağırış: Peyvənd olunmazdan əvvəl müayinə olunun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peyvəndin qalxanabənzər vəzi, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə əks təsiri yoxdur. Şəkər göstəriciləri normada olmayan şəxslər müalicə ilə onu normaya saldıqdan sonra peyvənd oluna bilərlər.

APress.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim  Vüsalə Babayeva deyib. O bildirib ki, həkimlər peyvənddən əvvəl həmin şəxsləri  müayinə etməlidir:

“COVİD-19 endokrin sistemdə bir çox dəyişikliklərə səbəb olur. Yəni əvvəllər heç bir qalxanabənzər vəzi xəstəliyi olmayan şəxslər yoluxduqdan sonra hormonların yüksəkliyi şikayəti ilə müraciət edir. Həmçinin şəkərli diabet olmayan şəxslərdə də virusdan sonra yüksək şəkər şikayət ilə müraciət edir”.

V. Babayeva onu da qeyd edib ki, həkim məsləhəti olmadan, özbaşına “deksametazon” istifadə edilməsinin ciddi əks təsirləri olur:

“Bu preparatı xəstəliyi yüngül keçirənlər istifadə etməməlidirlər. Çünki o, qanda şəkəri yüksəldir və nəticədə sonradan endokrin sistemdə xəstəliklər yarana bilir. “Deksametazon” düzgün istifadə etdikdə isə problem qeydə alınmır”.