“Bəsdirin, dincəlin. Yaxşı mövzu verdim, tema tutublar”.
APress.az-ın məlumatına görə, bunu müğənni Rəqsanə İsmayılova bir neçə gün əvvəl Rusiyaya toya gedən xanım həmkarlarını tənqid etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
İfaçı onu tənqid edənlərə cavab verib:
“Mən nəyi, necə və harada danışdığımı gözəl bilirəm. Hamı ağıllı olub və mənə də ağıl verir… Çıxıb deyirlər ki, o, mən deyiləm. Ay balam, bunu deməyə nə ehtiyac var? Sən deyilsən, lap yaxşı, otur yerində!”.
İsmayılova qeyd edib ki, söhbətin kimlərdən getdiyini özləri yaxşı bilir:
“Hər birimizin həyatımızda səhvimiz olub. Elə mənim də… Amma açıqladım ki, həmin şəxslər bir daha səhv etməsin. Ayıbdır! O zaman ayrıl! İnşallah, gedib qayıdarlar, deport olunmazlar”.
Sfera.az