Çin hakimiyyət orqanları yerli ailələrə üç uşağa sahib olmağa icazə veriblər.
APress.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı qərar Kommunist Partiyasının Siyasi Bürosunun iclasında qəbul edilib. Baş katib Tsi Çzinpin də onu təsdiqləyib. Bu qərar ölkənin daxili siyasətində mühüm addım hesab edilir. İndiyə qədər yalnız iki uşaqa sahib olmağa icazə verilirdi.
Bu yaxınlarda gizli şəkildə yeddi uşaq dünyaya gətirən biznesmen ailəsi 155 min dollar cərimə olunmuşdu. 1979-2015-ci ildə ölkədə “bir ailə-bir uşaq” proqramı qüvvədə idi. 2016-cü ildən isə iki uşağa icazə verilib.