ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi tarixi həqiqətləri inkar və təhrif etməkdən başqa heç bir məna daşımır.
Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın bəyanatında deyilir.
O bildirib ki, “soyqırımı” ifadəsindən istifadə edənlər dünya tarixinə və öz tarixlərinə nəzər salmalıdır.
“Tarixi hadisələr siyasiləşdirilməməlidir. Bunun başda Türkiyə-Ermənistan və türk-erməni əlaqələri olmaqla regionda sülhə mənfi yöndə təsiri olacağı şübhəsizdir. Bölgəmizin sabitliyi erməni diasporu və onu öz mənafeləri naminə istifadə etməyə çalışan ölkələrin yox, region ölkələrinin, Türkiyə və Ermənistanın ortaq məsələsidir”.
Müdafiə naziri onu da qeyd edib ki, ABŞ öz səhvini düzəltməlidir. (trend)