İctimai TV İlqar Mikayıloğlu ilə bağlı qalmaqala aydınlıq gətirdi: “Bizimkilər” sözünü tapın!backend
Cəmiyyət
370

İctimai TV İlqar Mikayıloğlu ilə bağlı qalmaqala aydınlıq gətirdi: “Bizimkilər” sözünü tapın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İctimai televiziya iyunun 12-də Belçika-Rusiya matçında şərhçi İlqar Mikayıloğlunun Rusiya yığmasına xitabən “bizimkilər” ifadəsi işlətməsi barədə məlumat yayıb.
Sfera.az-ın məlumatına görə, kanal açıqlamasında bildirib ki, sosial şəbəkələrdə şərhçinin masanın üzərindəki kağızlara baxaraq Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi “kimimiz var hücumçulardan” (23.42.35) və “ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda” (23.42.46) ifadəsini “bizimkilər” kimi yozmağa çalışırlar.
“Şərhçi iş masasının üzərindəki hər hansı predmeti özününkü hesab etdiyindən “topumuz”, “qələmimiz”, “fincanımız”, “siyahımız”, yaxud da “siyahıda kimlərlərimiz var” ifadəsini də rahatlıqla işlədə bilər. Burdakı mənsubiyyət şəkilçisi həmin komandaya deyil, əlbəttə ki, iş masasındakı predmetə aiddir. Şərhçi “kimimiz var” ifadəsindən istifadə edəndə komandanı deyil, siyahını nəzərdə tutur. Vədimiz isə qüvvəsindədir – şərhdə “bizimkilər” sözünü tapın, gəlin hədiyyənizi aparın”, – deyə televiziya kanalının yaydığı məlumatda qeyd edilib.