İctimai yerlərdə insanların say məhdudiyyətləri ləğv edildibackend
Dünya
579

İctimai yerlərdə insanların say məhdudiyyətləri ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 19-dan etibarən Nyu-Yorkda kafe, muzey, kitabxana və digər dövlət müəssisələrində insanların say məhdudiyyətləri ilə bağlı tətbiq edilən qadağalar rəsmi olaraq ləğv edilib.

APress.az xəbər verir ki, ştat tədricən normal həyata qayıtmağa başlayıb.

Sözügedən qadağaların ləğvindən sonra ictimai nəqliyyatda insanların sayı kəskin artmağa başlayıb.

Qeyd edək ki, peyvənd olunmuş insanların maska taxmalarına ehtiyac olmadığı barədə federal tövsiyələrə baxmayaraq, sakinlər hələ də maskalardan imtinadan ehtiyat edir.

Hətta əksər ofislərdə peyvəndlənmə vəziyyətindən asılı olmayaraq, insanlar qapalı yerlərdə maskalanma qaydalarına ciddi riayət etməyə dəvət edilir.pravda.az