İki ölkə sərhədində vəziyyət sabitləşir, qoşunlar GERİ ÇƏKİLİRbackend
Dünya
270

İki ölkə sərhədində vəziyyət sabitləşir, qoşunlar GERİ ÇƏKİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğız Respublikası və Tacikistan sərhəddə silahlı konflikt zonasından hərbi qulluqçuların və hərbi texnikanın aparılmasına başlayıblar.

APress.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

“Tərəflər əlavə qüvvələri və vasitələri dövlət sərhəd xəttindən daimi yerləşmə məntəqələrinə çıxarmağa başladı”, – xəbərdə deyilir. Sərhəd şöbəsindən verilən məlumata görə, sərhəddə vəziyyət sabit olaraq xarakterizə edilir, ötən gecə heç bir insident və ya atışma qeydə alınmayıb.

“Sərhəd bölmələri gücləndirilmiş rejimdə xidmət aparır”, – xəbərdə vurğulanır. / “Report”