İlk peyvənddən sonra ailənin üç üzvü öldübackend
Dünya
1165

İlk peyvənddən sonra ailənin üç üzvü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Krasnodarda eyni ailədən olan üç nəfər, COVID-19 peyvəndinin ilk dozasını aldıqdan sonra ölüb.

APress.az xəbər verir  ki, prosedurdan 10-12 gün sonra onlara koronavirus infeksiyası diaqnozu qoyulub. Bu barədə məlumatı RİA Novosti səhiyyə orqanlarındakı mənbəyə istinadən yayıb. Agentliyin yazdığına görə, səhiyyə naziri Mixail Muraşko bu işlə bağlı mediada yer alan məlumatları yoxlamağı tapşırıb.

Cütlük və onların yaşlı qohumu ilk dozanı 26 iyun 2021-ci ildə alıb. Ancaq hər üçünə COVID-19 diaqnozu qoyulub. Ölən həyat yoldaşlarının bir qızı qalıb.

“Bu insanlar inkubasiya dövrü zamanı, iyunun 26 -da peyvəndin ilk dozasını alıb. Həmçinin, şəkərli diabetdən əziyyət çəkirdilər, hemodializdə idilər”, – deyə mənbə izah edib.

Mənbə RİA Novosti-yə deyib ki, həmin insanların ölümü çox güman ki, peyvəndlə deyil, COVID-19 ilə əlaqəlidir. Agentliyin yazdığına görə, Krasnodarda yoxlama başlayıb.

Manset.az