“SpaceX” və “Tesla” səhmlərinə sahib olan İlon Maskın sərvəti bir gündə rekord səviyyədə – 25 milyard dollar artaraq 174 milyard dollara çatıb.
APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat verib.
Maskın sərvətinin artması “Tesla” səhmlərinin sürətlə dəyərlənməsi ilə əlaqələndirilir. Belə ki, “Tesla” səhmlərinin qiyməti bir gündə 19,64 % bahalaşaraq 673,58 dollar olub.
Hazırda İlon Mask dünya milyarderləri arasında Ceff Bezosdan (180 milyard dollar) sonra ikinci yerdə qərarlaşıb.