“Tesla Motors” şirkətinin baş direktoru İlon Maskın sərvəti həftənin əvvəlindən 20 mlrd. ABŞ dollarından çox azalıb.
APress.az APA-ya istinadən bildirir ki, bu barədə “Forbes” jurnalı yazır.
Məlumata görə, Maskın sərvəti bu həftə 20,5 mlrd. dollar azalaraq 145,5 mlrd. dollara enib. “Tesla”nın səhmləri həftənin əvvəlindən 15% azalıb. Bununla belə, “Tesla”nın rəhbəri “Forbes”un dünyanın ən zəngin insanları siyahısında hələ də üçüncü yerdədir.