Elektrikli vasitə istehsalçısı Tesla və kosmik texnologiya şirkəti SpaceX-in qurucusu iş adamı İlon Maskın son tvitindən sonra kriptovalyuta bitkoin dəyər qazanıb.
Sfera.az xəbər verir ki, İlon Mask, Teslanın kriptovalyuta istehsalının “ekoloji cəhətdən təmiz” olmasından sonra yenidən bitkoin ilə ödəniş qəbul etməyə başlayacağını açıqlayıb.
Maskın açıqlamasından sonra bitkoin 40 min dolları keçib və son üç həftənin ən yüksək səviyyəsinə çatıb. Belə ki, İlon Mask paylaşımında:
“Məqbul sayda istehsalçının təmiz enerji istifadə etdiyi və bu trendin pozitiv davam etdiyi nöqtəyə gəldikdə, Tesla bitkoin ilə ödənişləri qəbul etməyə davam edəcək”, – deyə qeyd edib.