İmişlidə kişi meyiti tapıldı – FOTObackend
Cəmiyyət
287

İmişlidə kişi meyiti tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsinin fəaliyyət göstərdiyi ərazidə “Platina” adlanan Araz çayından ayrılan su qovşağında 60-70 yaşlarında naməlum kişi meyiti tapılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan APress.az-a verilən məlumata görə, onun ehtiyatsızlıqdan su qovşağına yıxılaraq boğulduğu ehtimal edilir.

Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 171 santimetrdir. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 050-359-03-33; 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.