İndi orucunu pozsan, sənə “iPhone-12” verəcəm – Sosial testbackend
Dünya
278

İndi orucunu pozsan, sənə “iPhone-12” verəcəm – Sosial test

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Blogerlər vacib Orucluq ayında müsəlman dayanıqlığının qeyri-adi bir sınağını keçiriblər. Yusuf Kabani və Krestyana London küçələrində gəzərək yoldan ötən müsəlmanlardan Ramazan ayında oruc tutub-tutmadıqlarını soruşublar. Müsbət cavab verildiyi təqdirdə Krestyana həmin müsəlmana orucu buraxaraq Yusufun əlindəki butulkadan su içməyi təklif edib və bunun əvəzində ona hədiyyə olaraq yeni bir “iPhone 12 Pro Max” ayfonu vəd edilib.

APress.az-ın moderator.az-a istinadla verdiyi xəbərdə deyilir ki, bütün həmsöhbətlər Krestyananın təklifindən şok olublar və belə bir günahdan imtina ediblər. Bu məqamda Yusuf yeni bir “iPhone” modeli almaq üçün guya su içməyin əleyhinə olmayan təsadüfi bir yoldan keçən şəxsin obrazında ortaya çıxıb və orucunu pozmaq əvəzində ayfon almağa razılaşıb. Yaxınlıqdakı digər müsəlmanlar isə onu belə bir addımdan fəal şəkildə çəkindiriblər. Hətta pakistanlı müsəlmanlardan biri orucunu pozmadığı təqdirdə Yusufa eyni “iPhone” modeli verəcəyini  vəd edib.

Sonda imanlarının möhkəmliyinə görə  iştirakçılarının hər biri gerçəkdən 12-ci “iPhone” modelini hədiyyə alıb.