İnsan alveri cinayətləri törədənlərin əksəriyyətinin qadın olduğu üzə çıxdıbackend
Cəmiyyət
270

İnsan alveri cinayətləri törədənlərin əksəriyyətinin qadın olduğu üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən il insan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işləri üzrə 20 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib.
APress.az xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.
Təqsirləndirilən şəxslərdən 17 nəfəri qadın, 3 nəfəri kişidir.
Məhkəmələr tərəfindən hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti azadlıqdan məhrum edilib. 1 nəfərin isə cəzası təxirə salınıb.