İqlim dəyişikliyi müharibəyə səbəb olur – ARAŞDIRMAbackend
Araşdırma
406

İqlim dəyişikliyi müharibəyə səbəb olur – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədqiqatçılar dünya tarixində iqlim dəyişikliyi ilə müharibə arasında əhəmiyyətli korrelyasiya tapıb.

Publika.az xəbər verir ki, qlobal istiləşmənin bəşəriyyət üçün təhlükəli olduğuna işarə edən məqalə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib. Tarixçilər Koreya yarımadasında eramızdan əvvəl 660-cı illərdə eyni vaxtda mövcud olan üç dövlətin quraqlıq və ya şiddətli yağış kimi ekstremal hava şəraitindən təsirləndikləri zaman qonşuları ilə müharibəyə başlama ehtimalının iki dəfədən çox olduğunu müəyyənləşdirib. Korrelyasiya “Samguk” dastanının – üç dövlətin dövrünə aid tarixi qeydlərin təhlili əsasında aşkar edilib: Koquryeo, Pekçe və Silla.

Eyni zamanda, təbii fəlakətlərdən əziyyət çəkən dövlətlər də düşmən ərazisinə hücuma keçməkdən daha çox işğal təhlükəsi ilə üzləşib. Bunun səbəbi kimi ölkədə ərzaq təhlükəsizliyi böhranının yaşanması və bu vəziyyətin düşmən işğalını asanlaşdırması göstərilib.

Alimlərin fikrincə, tədqiqatın nəticələri xüsusilə iqlimlə əlaqəli həssas ölkələrdə yaşayan xalqları qorumağa kömək edəcək.