İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 388 nəfər ölüb.
APress.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 67 913 nəfərə yüksəlib.
Nazirlik rəsmisi qeyd edib ki, İranda ötən sutkada 24 886 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu COVID-19-a yoluxanların sayı 2 311 813 nəfərə çatıb.
Unikal.org