İranda sərnişin avtobusu qəzaya uğrayıb.
APress.az xəbər verir ki, Yəzd-Dehşir yolunda hərbi müəllimləri və əsgərləri daşıyan sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 5 əsgər həyatını itirib, 28 nəfər yaralanıb.
Hadisə yerinə yeddi təcili yardım maşını və iki helikopter göndərilib. Qəzanın baş vermə səbəbi araşdırılır.
Unikal.org