İranda son 24 saatda COVID-19-dan 508 nəfər ölüb.
Sfera.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə Səhiyyə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Beləliklə, ölənlərin ümumi sayı 95.111-ə çatıb.
Ölkədə 39.139 yeni yoluxma təsbit edilib və 4.636 nəfər xəstəxanaya yerləşdirilib.
İslam Respublikasında COVID-19 xəstələrinin ümumi sayı 4.238.676-ya yüksəlib.
Bu günə qədər 3.591.313 xəstə sağalıb.
Eyni zamanda, 26 milyon 683 min 686 test aparılıb.
Həmçinin 16.795.107 nəfər vaksinasiya olunub.