İranda koronavirusdan ölənlərin sayı 75 mini keçibbackend
Dünya
356

İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda ötən sutka ərzində 351 nəfər koronavirusdan (COVID-19) ölüb.

APress.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 75 261 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 18 408 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 673 219 nəfərə çatıb. Virus daşıyıcılarından 5 533 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 127 192 nəfər koronavirusdan sağalıb, 17,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 1,76 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,47 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 290 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 46 rayon qırmızı və 263 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 139 rayon sarı zona hesab olunur.