Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Tehranın Natanz şəhərində nüvə obyektində uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi.
APress.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi təşkilatın açıqlamasına istinadən bildirib.
AEBA-da bildirilib: “İran 60 faiz (izotop) səviyyəsinə qədər zənginləşdirilmiş UF6 [uran heksaflorid] istehsalına başlayıb”.
Eyni zamanda, təşkilatın Reuters-in sərəncamında olan məxfi hesabatında qeyd olunub: “<…> müəssisədə istehsal olunan UF6 zənginləşdirmə səviyyəsinin, İranın agentliyə bildirdiyi kimi, 55,3 faiz U-235 təşkil edib”.
AEBA əməkdaşları məlumatların doğru olub olmadığını yoxlamaq üçün Natanz müəssisəsindən zənginləşdirilmiş uran nümunəsini araşdıracaq.