Ermənistanın Daşnaktsütyun Partiyasının gənclər qanadı Milli Təhlükəsizlik Xidməti İctimaiyyətlə Əlaqələr və Məlumat Mərkəzinin binası yaxınlığında etiraz aksiyası keçirir.
APress.az xəbər verir ki, etirazçılar MTX-nin əməkdaşları tərəfindən saxta hesablarla feysbuk paylaşımlarının rəy bölməsində yazılan cümlələri pankart formasında hazırlayaraq aksiyaya gətirib.
“Biz ictimaiyyətin diqqətini erməni xalqını təhqir edən, dövlət tərəfindən maliyyələşdirilən bu təşkilata yönəltmək istəyirik. Hakimiyyət orqanlarına qarşı ən azı bir acı söz eşidilən kimi, bunu edən şəxs burada təhqirlərlə mükafatlandırılır” etirazçılardan biri deyib.
Partiya üzvü Gerasim Vardanyan isə qurumun Paşinyanın şəxsi problemlərini həll etməyə, qüvvəsini gücləndirməyə və onun guya xalqın etimadından istifadə etdiyinə dair fikir yaratmağa xidmət etdiyini bildirib.
Başqa bir qrup etirazçı İrəvanın Komitas prospektini bağlayıb. Onlar “Nikol xaindir!” şüarları səsləndirir.
Publika.az