Ötən gecə İrəvanda silahlı insident baş verib.
APress.az yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı 23 yaşlı gənc oğlan boyun nahiyəsindən güllə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb. Qeyd edilir ki, hadisə yerində güllə və gilizlər aşkar edilib. Hadisə ilə bağlı şahidlər dindirilir, ekspertiza təyin edilib.