Ermənistanda Nikol Paşinyana qarşı etirazlar səngimək bilmir.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bir qrup gənc İrəvanda hökumət binasının qapısına dayanaraq “Nikol get” , “Nikol xaindir” şüarları səsləndirib. Hətta gənclərdən biri “Biz Nikol Paşinyanı hökumət binasına qoymuruq. O, bura layiq deyil”,- deyə etirazını bildirib. Hadisə yerinə çox sayda polis qüvvələri cəlb edilib.
Polislər hökumət əleyhinə etiraz edən gəncləri qandallayaraq bölməyə aparıblar.
Qeyd edək ki, bu gün İrəvanda saat 11-də hökumət iclasının keçirilməsi planlaşdırılır.