İrəvanda gərginlik: Polis etiraz edən 14 nəfəri saxladıbackend
Dünya
284

İrəvanda gərginlik: Polis etiraz edən 14 nəfəri saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası davam edir. Aprelin 22-də axşam saatlarında polis əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşmalar olub.

APress.az xəbər verir ki, toqquşma nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb.

Polis 14 nəfər aksiya iştirakçısını saxlayıb.

Hüquq mühafizə orqanları əməkdaşları Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı sabiq baş katibi və Ermənistanın keçmiş baş qərargah rəisi Yuri Xaçaturvun oğlu İqor Xaçaturovu da həbs etdikdən sonra vəziyyət daha da gərginləşib.

Onlar baş prokurorla görüşmək istəsələr də buna nail ola bilməyiblər. Baş prokurorun məzuniyyətdə olduğu bildirilib.

Aksiya iştirakçıları Baş Prokurorluğun binasına yumurta, dəmir əşyalar və boş su şüşələri atıblar.

Məlumata görə, hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür.

Qeyd edək ki, aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər. Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb.