APress.az xəbər verir ki, onlar Ermənistan Baş naziri Nikol Paşinyanla görüşərək xidmət müddətlərinin azaldımasını tələb edəcəklərini bildiriblər.
“Paşinyanla görüşdə xidmət müddətlərinin azaldılmasını tələb edəcəyik. Oğlum 9 aydır xidmətdədir. Müharibə başlayanda bir ay yarım xidmət edib. Psixoloq bizə oğlumun yaxşılaşmasına ehtiyac olduğunu bildirib”,- deyə aksiya iştirakçılarından biri qeyd edib.
Hərbi qulluqçuların valideynləri xidmət müddətinin 6 aya endirilməsini tələb edirlər.
Başqa bir valideyn oğlunun hərbi xidmət müddətinin bitməsinə 3 ay qaldığını və 6 aydan az qalanların hamısının təxris edilməsini tələb etdiklərini bildirib. Bundan əlavə, onlar geridə qalan çağırışçıların da xidmət müddətinin 6 ay azaldılmasını tələb edirlər. // “Qafqazinfo”