İrina Şeyk və Bredli Kuperdən maraqlı addım – FOTObackend
Dünya
257

İrina Şeyk və Bredli Kuperdən maraqlı addım – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı supermodel İrina Şeyk və amerikalı aktyor Bredli Kuperin qızları Leya de Syen rus dilini öyrənməyə yollanacaq.

APress.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə modelin özü “Vogue”un “Instagram”dakı canlı yayımında xəbər verib.

Şeykin sözlərinə görə, martın 21-də dörd yaşı tamamlanacaq qız Nyu-York məktəblərindən birində kurslara göndəriləcək.

Koronavirus fonunda məhdudiyyətlər olduğundan məktəbdəki dərslər distant şəkildə keçiriləcək. Uşaq 30 dəqiqə olmaqla həftədə üç dərs alacaq.

Model bildirib ki, qızlarını iki fərqli mədəniyyətin nümayəndəsi olduğuna öyrətmək barədə Kuperlə razılığa gəlib.

Xatırladaq ki, 2019-cu ilin iyun ayında İrina Şeyk və Bredli Kuper dörd illik münasibətlərdən sonra ayrıldıqlarını elan ediblər. Boşanmalara baxmayaraq, cütlük uşağın böyüməsində bərabər rol oynayacaqları barədə razılığa gəliblər.