İş adamı klub aldı – 126 kq-lıq oğlunu hücumçu etdibackend
Dünya
362

İş adamı klub aldı – 126 kq-lıq oğlunu hücumçu etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində maraqlı hadisə baş verib.

 

AZXEBER.COM-un məlumatına görə, çinli iş adamı He Şihua ikinci liqa təmsilçisi “Zibo Kuyu” futbol klubunun səhmlərini aıb. İş adamı daha sonra 126 kq çəkisi olan oğlunu komandaya dəvət edib.

Hətta “Siquan Jiuniu” ilə görüşdə He Şihuanın həm oğlu, həm də özü start heyətində meydana daxil olub. 0:0 hesabı ilə başa çatan matçda klubun sahibi pleymeyker mövqeyində yer alıbsa, 126 kq-lıq oğlu hücumda çıxış edib.

Qeyd edək ki, He Şihua “Zibo Kuyu”nu 2 milyon avroya alıb. Komanda bu mövsüm keçirdiyi 5 oyunda 1 xal toplayıb.