İşdən çıxarılan generaldan AÇIQLAMAbackend
Gündəm
463

İşdən çıxarılan generaldan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev  təqaüdə göndərilib.

APress.az bildirir ki, General-mayor Rasim Əliyev Unikal.org-a açıqlamasında bildirib ki, xidmət müddəti bitdiyi üçün təqaüdə göndərilib:

“Təbii ki, biraz istirahət edəcəm. Pensiya yaşından üç il artıq xidmət eləmişəm. Mən Cənab Prezidentin əsgəriyəm. Gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyyəsi ilə bağlı əlimdən nə gəlirsə, imkanım nəyə çatırsa xalqımın, dövlətimin yanındayam”.