İşdən çıxarılan generalın “çipsi əzən” oğlunun FOTOLARIbackend
Gündəm
661

İşdən çıxarılan generalın “çipsi əzən” oğlunun FOTOLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

General-mayor Novruzəli Orucovun işdən çıxarılmasına səbəb olan Rüstəm Orucov marketdə məhsulları əzməsi ilə yenidən mətbuatın gündəminə düşüb.

APress.az BAKU.WS-ə istinadən xəbər verir ki, gənc Orucov indiyə kimi bir çox qalmaqallı hadisə ilə diqqət mərkəzinə düşüb.

Rüstəm Orucov hələ 4 il əvvəl xuliqanlıq etdiyinə görə 4 il müddətinə həbs edilmişdi. Belə ki, 2017-ci ilin iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

General atasının işdən çıxarılmasına səbəb olmuş "çipsi əzən Rüstəm"in FOTOLARI

General atasının işdən çıxarılmasına səbəb olmuş "çipsi əzən Rüstəm"in FOTOLARI