İşığın qiymətinin iki dəfə artırılacağı xəbərlərinə RƏSMİ CAVABbackend
Gündəm
339

İşığın qiymətinin iki dəfə artırılacağı xəbərlərinə RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İqtisadçı deyir ki, kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə gündəmdə olacaq…
Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, ilin əvvəlində yanacaq və su tariflərinə dəyişiklik ediləndən sonra işıq pulunun da bahalaşması o qədər də uzaqda deyil. Bildirilir ki, qiymətlərin ikiqat bahalaşması gözlənilir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı. Bundan əlavə, şirkətin dövlət büdcəsinə 3 milyon 90 mindən çox vergi borcu yaranıb.
Hesablama Palatası qeyd edir ki, adıçəkilən dövlət şirkətlərinin dövlət zəmanətli kreditlər üzrə öhdəliklərinin bir hissəsinin Təminat Fondundan və dövlət büdcəsindən ödənilməsi, maliyyə təsərrüfat fəaliyyətlərinin zərərlə başa vurulması 2021-ci ildə qeyd olunan mənbədə nəzərdə tutulmuş gəlirlər üzrə risklər formalaşdırır. Bəzi ekspertlərin fikrincə, bütün bunlar elektrik enerjisinin qiymətlərində dəyişiklik edilməsinə gətirib çıxaracaq.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən “Turan”a bildirilib ki, qurum tariflərin dəyişdirilməsi üçün Tarif Şurasına müraciət etməyib:
“Bu, tamamilə əsassız məlumatlardır. Qiymətlərin artırılması ilə bağlı müraciət edilməmişdi”.
Lakin qurumdan indiki tariflərin qənaətbəxş olub-olmaması ilə bağlı suala cavab verə bilməyəcəklərini qeyd ediblər.