“İslahatçı Gənclər” Şəkidə səfərdə olub-FOTOLARbackend
Gənclik
571

“İslahatçı Gənclər” Şəkidə səfərdə olub-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) üzvləri Şəki şəhərində səfərdə olub. Səfərdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, İdarə Heyətinin üzvü Gülnarə Abasova iştirak edib.

Səfər çərçivəsində İGİB heyəti Milli Məclisin deputatı Vüqar İskəndərovla birgə Vətən müharibəsi şəhidlərimiz Toğrul Nağıyev, Elçin Nadirov və Eltun Kərimovun ailələrini ziyarət edib, qayğıları ilə maraqlanıblar. Bildirilib ki, Vətənin azadlığı uğrunda şəhid olan bu qəhrəmanlarımız artıq yalnız ailələrinin deyil, bütün xalqımızın qürur mənbəyinə çevriliblər.

Səfər çərçivəsində eyni zamanda Vətən müharibəsi qaziləri Taleh Urfansoy və Rəhman Mustafayev ziyarət olunub. Onlara ölkəmizin ərazi bütövlüyünün qorunması naminə göstərdikləri böyük fədakarlığa görə, təşəkkür edilib və qazilərin qayğıları dinlənilib.