Yeni “CaizCoin” adlı kriptovalyuta yaranıb.
APress.az xəbər verir ki, sözügedən kriptovalyuta adı ilə artıq xeyli insanın diqqətini çəkməyi bacarıb. Onu ən çox məşhurlaşdıran isə İslam şəriətinə uyğun şərtlərlə fəaliyyət göstərməsidir.
Yeni kriptovalyuta Almaniyadakı bir şirkətin icazəsi əsasında yaradılıb və şəriətə uyğun valyuta hesab olunur. CAIZCOIN əsasında şəriətə uyğun olaraq alış və satışların həyata keçirilməsi nəzərdə tutulur. Rəsmi veb-saytında isə CAIZCOIN-in İslam maliyyə qaydalarına uyğun, müsəlman və digər dinlərin nümayəndələri arasında kriptovalyutaların mübadiləsini təmin etmək üçün yaradıldığı bildirilir.
Unikal.org